Türkiyədə 3 aylıq fövqəladə vəziyyət elan edilib

Türkiyədə 3 ay müddətinə fövqəladə vəziyyət elan edilib.


APA-nın NTV telekanalına istinadən verdiyi məlumata görə, bununla bağlı Türkiyə Təhlükəsizlik Şurasının qərarını bu gün keçirdiyi mətbuat konfransında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb.

Türkiyə prezidenti bildirib ki, fövqəladə vəziyyət elan etməkdə məqsəd hüquq və azadlıqları məhdudlaşdırmaq deyil, əksinə, hüquq və azadlıqları qorumaqdır.

Rəcəb Tayyib Ərdoğan deyib ki, fövqəladə vəziyyət rejimində valilərin səlahiyyətləri artacaq, təhlükəsizlik qüvvələri valilərin təlimatı ilə hərəkət edəcək: “Türkiyə Silahlı Qüvvələri hökumətin əmrindədir və Baş Komandan olmaqla, əsgərlərimizlə birlikdə Türkiyə Silahlı Qüvvələri içərisindəki bütün virusları təmizləyəcəyik”.
Şərhlər
Dünya bölməsinin xəbərləri