“Qarabağ” “Viktoriya” (Plzen, Çexiya) ilə üz-üzə gələcək

Bu gün Çempionlar Liqasının (ÇL) II təsnifat mərhələsi çərçivəsində növbəti cavab oyunları keçirilib.

APA-nın məlumatına görə, ölkəmizin bu turnirdə yeganə təmsilçisi "Qarabağ" Lüksemburqda “Düdelanj”ın qonağı olub.

İlk görüşdə 2:0 hesablı qələbə qazanan Azərbaycan çempionu səfərdə son anda məğlubiyyətdən qaçıb. 72-ci dəqiqədə hesabda geri düşən Ağdam təmsilçisi matçın əsas vaxtına əlavə olunmuş dəqiqələrdə Reynaldo ilə tarazlığı bərpa edib.

Beləliklə, iki oyunun nəticəsinə görə, üstün olan "Qarabağ" adını növbəti mərhələyə yazdırıb.

Qeyd edək ki, Qurban Qurbanovun komandası III təsnifat mərhələsində “Viktoriya” (Plzen, Çexiya) ilə üz-üzə gələcək.


Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunu
20 iyul

“Düdelanj” – “Qarabağ” - 1:1
N`Diaye, 72 - Reynaldo, 90+4
Şərhlər
İdman bölməsinin xəbərləri