Yol-nəqliyyat hadisələrində ölənlərin sayı 31,3 faiz artıb

"Hər il avtomobil yollarında baş verən yol nəqliyyat hadisələri zamanı yüzlərlə insan həlak olur və ya ömürlük şikəst qalır”.

APA-nın xəbərinə görə, bunu Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Gəncə regional məntəqəsinin böyük həkimi Sevinc Hüseynova deyib.

Onun sözlərinə görə, 2005-ci ildən başlayaraq əvvəlki illərlə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 33,1 faiz, bu hadisələrdə ölənlərin sayı 31,3 faiz, xəsarət alanların sayı isə 32, 6 faiz artıb. S

S. Hüseynova qeyd edib ki, statistik rəqəmlər respublikada təcili yardım sahəsində yeni strukturun yaranmasına zəmin yaradıb: “Xəsarət alanlara vaxtında və keyfiyyətli ilkin tibbi yardım göstərilməsi, xəstəxanalara çatdırılması mühüm məsələdir”.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri