Abşeronda minik avtomobili yük maşını ilə toqquşub, ölən var

Abşeronda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə Novxanı qəsəbəsində qeydə alınıb. Gəncə şəhər sakini, 1977-ci il təvəllüdlü Səhhət Musayevin idarə etdiyi “Niva” markalı və Masallı rayon sakini Eynulla Eynullayevin idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü Səhhət Musayev hadisə yerində ölüb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri