Lavrov və Kerri 4 saatlıq fasilədən sonra danışıqlar masasına qayıdıblar

Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri 4 saatlıq fasilədən sonra yenidən danışıqlar masasına qayıdıblar.

APA-nın verdiyi məlumata görə, bu barədə Rusiya XİN sözçüsü Mariya Zaxarova "Facebook" səhifəsində yazıb.

Qeyd edək ki, bu gün Moskva vaxtı ilə saat 10:00-dan Rusiya Xarici İşlər Nazirliyinin malikanəsində Sergey Lavrova Con Kerri arasında ikitərəfli görüş başlayıb. Axşama kimi çəkən görüşdə Suriyadakı vəziyyət və beynəlxalq terrorçuluğa qarşı birgə mübarizə əsas müzakirə mövzusu olub. Bundan başqa Ukrayna böhranı, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yollar və iki ölkə arasındakı münasibətlərə dair fikir mübadiləsi aparılıb.

Kerri və Lavrov daha sonra danışıqlara fasilə veriblər. Onlar Birlikdə Fransanın Moskvadakı səfirliyinə gedərək Nitsa şəhərində baş verən terror aktı ilə bağlı keçirilən anım mərasimində iştirak ediblər.

Onu da qeyd edək ki, əvvəlcədən Lavrov və Kerrinin görüşünün yekunlarına dair birgə mətbuat konfransı keçiriləcəyi bildirilmişdi.
Şərhlər
Dünya bölməsinin xəbərləri