Donald Tramp vitse-prezident postuna namizədinin adını açıqlayıb

ABŞ prezidentliyinə Respublikaçılar partiyasından namizəd Donald Tramp vitse-prezident postuna İndiana qubernatoru Mayk Pensin namizədliyini irəli sürüb.

APA-nın məlumatına görə, D.Tramp bu barədə özünün “Tvitter” səhifəsində yazıb.

“Məmnunluqla bildirirəm ki, qubernator Mayk Pensi vitse-prezident postuna namizəd seçdim. Bununla bağlı mətbuat konfransı keçiriləcək”, D.Tramp yazıb.

Qeyd edək ki, tanınmış radio-aparıcı və siyasətçi, irland əsilli Mayk Pens 2010-cu ildə İndiana ştatının qubernatoru seçilib.
Şərhlər
Dünya bölməsinin xəbərləri