Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılıb

Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkü atılıb. APA-nın məlumatına görə, İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə Liqa yolu və Çempionlar yolu üzrə cütlər bəlli olub.

Öz ölkəsinin çempionlarının mübarizəsində 3 klub və 17 cütlük növbəti mərhələdəki potensial rəqiblərini tanıyıb. Bu 37 klub pley-offa 10 vəsiqə üçün mübarizə aparacaq. Azərbaycan çempionu “Qarabağ” Lüksemburq “Düdelanj”ını keçsə, Çexiya “Viktoriya”sı ilə qarşılaşacaq.

Yüksək reytinqli ölkələrin çempionu olmayan klubların mübarizəsində isə 5 cüt müəyyənləşib. Türkiyə “Fənərbaxça”sı Fransa “Monako”su ilə düşüb.

Çempionlar Liqası
III təsnifat mərhələsi
Çempionlar yolu
“Rusenborq” (Norveç) - “Norçepinq” (İsveç) cütünün qalibi -
TNS (Uels) - APOEL (Kipr) cütünün qalibi
“Vardar” (Makedoniya) - “Dinamo” (Zaqreb, Xorvatiya) cütünün qalibi - “Dinamo” (Tiflis, Gürcüstan) – “Alaşkert” (Ermənistan) cütünün qalibi
“Olimpiakos” (Yunanıstan) – “Hapoel” (Beyer-Şeva, İsrail) - “Şerif” (Moldova) cütünün qalibi
“Jalgiris” (Litva) - “Astana” (Qazaxıstan) cütünün qalibi - “Linkoln” (Cəbəllütariq) - “Seltik” (Şotlandiya) cütünün qalibi
“Olimpiya” (Sloveniya) - “Trençin” (Slovakiya) cütünün qalibi - “Zrinski” (Bosniya və Herseqovina) - “Legiya” (Polşa) cütünün qalibi
“Viktoriya” (Çexiya) - “Qarabağ” (Azərbaycan) - “Düdelanj” (Lüksemburq) cütünün qalibi
“Astra” (Rumıniya) - “Kruzaders” (Şimali İrlandiya) - “Kopenhagen” (Danimarka) cütünün qalibi
BATE (Belarus) - SJK (Finlandiya) cütünün qalibi - “Dandalk” (İrlanaiya) - “Hafnarfyorfur” (İslandiya) cütünün qalibi
“Ludoqorets” (Bolqarıstan) - “Mladost” (Monteneqro) cütünün qalibi - “Valletta” (Malta) - “Srvena Zvezda” (Serbiya) cütünün qalibi -
“Partizani” (Albaniya) - “Ferensvaroş” (Macarıstan) cütünün qalibi - “Zalsburq” (Avstriya) - “Liepaya” (Latviya) cütünün qalibi -
Liqa yolu
“Ayaks” (Hollandiya) - PAOK (Yunanıstan)
“Sparta” (Çexiya) - “Styaua” (Rumıniya)
“Şaxtyor” (Ukrayna) - “Yanq Boyz” (İsveçrə)
“Rostov” (Rusiya) - “Anderlext” (Belçika)
“Fənərbaxça” (Türkiyə) - “Monako” (Fransa)

Qeyd edək ki, III təsnifat mərhələsinin ilk görüşləri iyulun 26-27-də, cavab qarşılaşmaları avqustun 2-3-də baş tutacaq.
Şərhlər
İdman bölməsinin xəbərləri