Lavrov-Kerri görüşündə Dağlıq Qarabağ münaqişəsinin həlli müzakirə olunur

Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri arasında görüş başlayıb.

APA-nın verdiyi məlumata görə, S. Lavrov görüşdə Suriyadakı vəziyyət, Ukrayna böhranı, Dağlıq Qarabağ münaqişəsinin həlli və iki ölkə arasındakı münasibətlərə dair məsələlərin müzakirə olunacağını bildirib.

C. Kerri də müzakirə mövzularından birinin Dağlıq Qarabağ münaqişəsinin həlli olacağını təsdiqləyib. O, rusiyalı həmkarı ilə Yaxın Şərqdəki vəziyyət, eləcə də Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair muzakirə aparacağını vurğulayıb.

Görüşdən sonra S. Lavrov və C. Kerri birgə mətbuat konfransı keçirəcəklər.

Qeyd edək ki, bir gün öncə ABŞ dövlət katibini prezident Vladimir Putin qəbul edib.
Şərhlər
Siyasət bölməsinin xəbərləri