Azərbaycan prezidenti terrorla əlaqədar fransalı həmkarına başsağlığı verib

Azərbaycan prezidenti İlham Əliyev Fransa prezidenti Fransua Ollanda başsağlığı verib.

APA-nın xəbərinə görə, başsağlığı məktubunda deyilir: "Nitsa şəhərində törədilmiş dəhşətli terror aktı nəticəsində çox sayda insanın həlak olması və yaralanması xəbəri bizi olduqca sarsıtdı.

Biz bu qəddarlıq əməlindən son dərəcə hiddətlənir, bütün dünya üçün dəhşətli bir bəlaya çevrilmiş terrorizmə qarşı mübarizə sahəsində qüvvələrin səfərbər olunmasını, birgə və qətiyyətli səylər göstərilməsini vacib və zəruri hesab edirik.

Bu ağır anlarda kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Fransa xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram".
Şərhlər
Siyasət bölməsinin xəbərləri