Murad Arif "Dondurma" mahnısına klip çəkib

Murad Arif "Dondurma" mahnısına klip çəkib Məşhur bəstəkar-müğənni Murad Arif yeni klipinin təqdimatını edib.


Live.az Qafqazinfo-ya xəbər verir ki, rejissorluğunu Fərid Yusifoğlunun etdiyi ekran işi "Dondurma" mahnısına çəkilib.


Tədbirdə Murad Arif jurnalistlərin suallarını cavablandırıb, "Dondurma"nın yayın hiti olacağını iddia edib.


Bəstəkar qeyd edib ki, sentyabrda daha iki klipini təqdim edəcək:


"Payızda iki mahnımı təqdim edəcəm. Bir çox məşhur simalarla duet oxumaq barədə düşünürdüm. Ancaq istəyirdim ki, birinci duetimi samballı sənətçi ilə edim. Bunun üçün mahnı yazdım, Flora Kərimovaya təqdim etdim. Xalq artisti mahnını bəyəndi, insanın duyğularını oyadacaq bir musiqi əsərinin olduğunu söylədi. Onu da qeyd edim ki, daha kişi müğənnilərinə mahnı verməyəcəm.


Bu barədə qəti qərara gəlmişəm. O qədər də məhsuldar bəstəkar deyiləm, artıq özüm də mahnılar ifa etməyə başlamışam. İl ərzində 3 mahnı yazıram. Nisə Qasımova və Brilliant Dadaşova ilə əməkdaşlıq etməyi çox istəyirəm. "Bu şəhər ikimizə dar" mahnısını da B.Dadaşova üçün yazmışdım. Lakin birinci arajimanı bəyənmədi, ikincidə isə başqa bir aranjimançının kompyuteri yandı. Mahnını isə Lalə Məmmədova oxudu".


Şərhlər
Şou-biznes bölməsinin xəbərləri

Müğənni Elçin boşanıb

  • 22 фев, 22:53