Portuqaliya millisi futbol üzrə Avropa çempionatının qalibi olub

Portuqaliya yığması AVRO-2016-nın qalibi olub.

“Stad de Frans” stadionunda keçirilən final matçında Portuqaliya yığması Fransa millisini 1:0 hesabı ilə məğlub edie

Matçın əsas vaxtında qapılara top vurulmadığından, qalibi müəyyənləşdirmək üçün əlavə vaxt təyin edilib. Əlavə vaxtın ikinci hissəsində portuqaliyalılar qələbə qolunu vurublar.

Beləliklə, Portuqaliya millisi tarixində ilk dəfə Avropa çempionatının qalibi olub.

Avropa çempionatı
Final
10 iyul

Portuqaliya - Fransa - 1:0 (əlavə vaxt)
Qol: Eder, 109
Şərhlər
İdman bölməsinin xəbərləri