Sergey Kojevnikov: “Jara” post-sovet məkanında əsas yay festivalı olacaq

“Jara” Beynəlxalq Musiqi Festivalı bütün post-sovet məkanında əsas yay festivalı olacaq. Festivalda Rusiya estradasının böyük sayda nümayəndələri iştirak edirlər. Düşünürəm ki, Bakıda möhtəşəm “Eurovision” mahnı müsabiqəsindən sonra “Jara” Beynəlxalq Musiqi Festivalı növbəti, eləcə də hər il “Sea breeze” istirahət mərkəzində keçiriləcək möhtəşəm tədbir olacaq.

Bu sözləri jurnalistlərə müsahibəsində Rusiyada “Qızıl qrammofon” mükafatının təsisçisi, “Jara” Beynəlxalq Musiqi Festivalının təşkilatçılarından biri olan Sergey Kojevnikov deyib. O bildirib ki, ilk dəfə olduğu üçün festival 2 günlük təşkil edilib. Bu cür festivalın təşkili müvafiq sahələrdə böyük iş tələb edir. Lakin görürük ki, Azərbaycan belə möhtəşəm tədbirin keçirilməsinə hazırdır. Ona görə də növbəti dəfə “Jara” Beynəlxalq Musiqi Festivalı ya 3, ya da 5 gün olacaq.

Bakıya bundan əvvəl də gəldiyini diqqətə çatdıran rusiyalı qonaq şəhərin çox sürətlə inkişaf etdiyini vurğulayıb. O deyib: “Vaxtilə Bakının sakit, sənaye, haradasa əyalət şəhəri olmasından əsər-əlamət qalmayıb. Bakı dünyanın ən gözəl paytaxt şəhərlərindən biridir. Azərbaycan xalqının qonaqpərvərliyi, şəhərin gözəl təbiəti, günəş, dəniz, yüksək əhval-ruhiyyə “Jara” Beynəlxalq Musiqi Festivalının səciyyəvi xüsusiyyətləri olacaq”.



AZƏRTAC
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri

Müğənni Elçin boşanıb

  • 22 фев, 22:53