"SOCAR" ulduzları bir araya topladı

"SOCAR" ulduzları bir araya topladıFransanın paytaxtı Parisdə yerləşən Azərbaycan mədəniyyət mərkəzində SOCAR-ın təşkilatçılığı ilə ziyafət təşkil edilib.

Live.az-ın ANS-ə istinadən verdiyi məlumata görə, mərasimdə SOCAR prezidenti və eyni zamanda Azərbaycan Futbol Federasiyasının rəhbəri Rövnəq Abdullayev, FİFA prezidenti Canni İnfantino, UEFA və müxtəlif ölkələrin futbol federasiyalarının rəhbərləri, dünya futbol ictimaiyyətinin nümayəndələri, eləcə də Avropa futbolunun keçmiş ulduzları hollandiyalı Ruud Qullit və italiyalı Kristian Vyeri iştirak edib.

Məlum olduğu kimi, SOCAR UEFA tərəfdaşı və başa çatmaqda olan Avro-2016-nın əsas sponsorlarından biridir.

3 min kvadrat metr sahəni əhatə edən Azərbaycan mədəniyyət mərkəzi 2012-ci ildə açılıb. Mərkəzin binası Eyfel qülləsinin yaxınlığında yerləşir və 1904-cü ilə aid tarixi tikilidir.


"SOCAR" ulduzları bir araya topladı
"SOCAR" ulduzları bir araya topladı
Şərhlər
İdman bölməsinin xəbərləri