Azərbaycanın əməkdar artisti intim fotoları ilə şantaj olunur

Əməkdar artist Mehriban Xanlarovanın tanışı tərəfindən intim fotolarla şantaj edilməsi ilə bağlı araşdırma aparılır.

“Qafqazinfo” xəbər verir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, Binəqədi rayon sakini, 1967-ci il təvəllüdlü Xanlarova Mehriban Aslan qızı bir neçə gün əvvəl şantaj edilməsi ilə bağlı 4-cü Polis Bölməsinə müraciət edib. Bölmədə toplanmış materiallar daha sonra aidiyyatı üzrə Binəqədi rayon Polis İdarəsinə göndərilib.

İdarədə daxil olmuş materiallar əsasında cinayət işinin açılıb-açılmayacağına qərar veriləcək.

Xatırıadaq ki, “Report” saytı əməkdar artistin Binəqədi rayon Polis İdarəsinə şikayət etdiyi, şikayət ərizəsində bir nəfərin onu şantajla hədələdiyi ilə bağlı xəbər yayıb.

Məlumatda qeyd olunur ki, əməkdar artistin sosial şəbəkələrdə tanış olduğu bir nəfər kişi onun intim şəkillərini yayacağını deyib. Həmin şəxs M.Xanlarovadan 500 manat pul tələb edir.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri

Müğənni Elçin boşanıb

  • 22 фев, 22:53