Dollarla valyuta əməliyyatlarının həcmi üçqat, avro ilə 1,8 dəfə azalıb

Dollarla valyuta əməliyyatlarının həcmi üçqat, avro ilə 1,8 dəfə azalıb Bu ilin yanvar-may aylarında valyuta bazarının həcmi ötən ilin müvafiq dövrünə nisbətən kəskin azalıb.

APA Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə hesabat dövründə ABŞ dolları ilə valyuta əməliyyatlarının həcmi 3 dəfə azalıb. Başqa sözlə, bu ilin iyun ayının 1-nə ABŞ dolları ilə mübadilə əməliyyatlarının həcmi 2 mlrd. 792 mln. 258,7 min ABŞ dolları olubsa, ötən ilin eyni dövründə bu göstərici 8 mlrd. 298 mln. 501,8 min manat təşkil edib.

Bu ilin yanvar-may aylarında nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı
1 mlrd. 377 mln. 263,8 mln. ABŞ dolları satılıb ki, bu da 1 il əvvəl ilə müqayisədə 5 dəfə azdır. Bu ilin 5 ayında nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 1 mlrd. 414 mln. 994,9 min ABŞ dolları alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,3% çoxdur.

Bu ilin 5 ayında avro ilə əməliyyatların həcmi isə 1,8 dəfə azalıb. Başqa sözlə, bu ilin yanvar-may aylarında avro ilə mübadilə əməliyyatlarının həcmi 363 mln. 52,5 min avro olubsa, ötən ilin eyni dövründə bu göstərici 641 mln. 772,5 min avro təşkil edib.

Bu ilin 5 ayında nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 221 mln. 944,8 mln. avro satılıb ki, bu da 1 il əvvəl ilə müqayisədə 2,3 dəfə azdır. Bu ilin yanvar-may aylarında nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 141 mln. 107,4 min avro alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,3% azdır.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri