"Rəqqasə Renka" +18 klipini təqdim etdi

"Rəqqasə Renka" +18 klipini təqdim etdi "Rəqqasə Renka" ləqəbi ilə tanınan Rəna Ağamuradova yeni klip çəkdirib.


Live.az-ın məlumatına görə, SİA-ya bu haqda klipin rejissoru Nail Naiboğlu məlumat verib: "Renkayla maraqlı iş birliyimiz oldu. Belə ki, ona Şərqlə Qərbin qarışığı olan kadrlardan ibarət ekran işi çəkdim. Klip kinokamera ilə çəkilib. Ekran işi 18+dur. Rəqqasə bu ekran işində çox əziyyətə dözməli oldu. Belə ki, 18 saat yağışın altında qaldı. Klip üçün 1 ton sudan istifadə olunub. Ekran işi 18 saata çəkilib. Renka yeni ərsəyə gətirdiyimiz klipi xarici ölkələrdə də nümayiş etdirə bilər. Hətta tam ürəklə söylərdim ki, oriantal ekran işləri arasında bu klip birinci yerdə olacaq".


Qeyd edək ki, rəqqasənin ekran işinin prodüseri Yavər Hüseybəyov, operatoru Rauf Qurbanəliyev, montajoru isə Emin Muradovdur.



Şərhlər
Şou-biznes bölməsinin xəbərləri

Müğənni Elçin boşanıb

  • 22 фев, 22:53