KİV: İstanbuldakı terror aktını Tacikistan əsilli terrorçular törədib

İstanbuldakı terror aktını Tacikistan əsilli terrorçular törədib.

APA-nın məlumatına görə, Tacikistan əsilli olduqları bildirilən üç terrorçu-kamikadzenin fotoşəkilini “Milliyyət” dərc edib.

Onların şəxsiyyətləri hələ müəyyənləşdirilməyib.

Qeyd edək ki, iyunun 28-də İstanbul Hava Limanında törədilən partlayış nəticəsində 42 nəfər ölüb, 238 nəfər yaralanıb.

İlkin ehtimala görə, terror aktının arxasında İŞİD dayanır.
Şərhlər
Dünya bölməsinin xəbərləri