Möhtəşəm Soapbox yarışı Bakıda keçiriləcək

Möhtəşəm Soapbox yarışı Bakıda keçiriləcəkTezliklə Bakıya “soapbox” fəslinin gələcəyini nəzərə alaraq, gəlin dünyanın sevimli qəza və yaradıcılıq festivalının incəliklərinə diqqət yetirək.


İlk Red Bull Soapbox yarışı 2000-ci ildə Belçikada keçiriləndən bəri dünyanı fəth edərək 100dən çox ölkədə hər bir yarışda on minlərlə tamaşaçı kütləsi qazanmışdır.


‘Əsas ideya’ çox sadədir. İştirakçılar öz yarış arabalarını hazırlayır, təpənin zirvəsinə qalxır, cazibə qüvvəsi öz işini görür, onlar yamacın ətəyinə çatır və camaat alqışlayır. Və yaxud da tez-tez baş verən bir hadisə kimi, cazibə qüvvəsi yenə öz işini görür, komanda möhtəşəm bir qəza ilə qarşılaşır və camaat yenə də alqışlayır.


Red Bull Soapbox yarışları bütün dünyada müxtəlif şəhər yollarında keçirilir. Komandalar tamamilə yerli həvəskar iştirakçılardan təşkil olunur və arabalar cazibə qüvvəsi, ayaq əzələləri və bir az entuziazm ilə hərəkətə gəlir. Ərsəyə gətirilmiş çılğın arabanın qiymətləndirilməsi üçün münsiflər heyəti və xallar belə müəyyənləşdirilib. Azərbaycanda keçiriləcək Soapbox Yarışının münsiflər heyəti hələlik sir kimi saxlanılır.


Tədbirin əsas nəzər nöqtəsi elə yarışın özüdür, belə ki finiş xəttinə mümkün qədər tez çatmaq komandanın yaxşı nəticə əldə etməsini təmin edəcək. Lakin nəzərə alınmalı bir neçə başqa meyar da mövcuddur. Komanda sürətlə yanaşı, yaradıcılıq və şoumenlik bacarığına görə də qiymətləndiriləcək. Qalib olmaq üçün Adrian Nyuveyin aerodinamik biliyini, Salvador Dalinin rəssamlıq məharətini və Freddi Merkurinin səhnə performansını örnək seçməlisən.


Artıq bir çoxları müraciət edib və Tural Qəmbərov da onlardan biri olaraq iştirak motivasiyasını paylaşıb: “Bu bizim üçün çox maraqlı bir yarışdır, və biz heyacanlıyıq ki belə böyük tədbir Azərbaycanda keçiriləcək. Komandamız yarışı səbirsizliklə gözləyir – unikal arabamızı gurmağa qarajımızı da artıq hazırlamışıq. Əlbəttə ki biz udmağa umid edirik, amma möhtəşəm qəzada gülməli təcrübə ola bilər“.


“Yaxşı... Amma, mən yarış barəsində ciddiyəm. Bunların hamısı mənim üçün bir az çılğınlıqdır.” – deyə düşünə bilərsən. Nə qədər ciddisən? Red Bull Racing komandasının pilotu Maks Verstappen kimi ciddisən? Onun performansına bir nəzər yetirin:




Möhtəşəm Soapbox yarışı Bakıda keçiriləcək
Möhtəşəm Soapbox yarışı Bakıda keçiriləcək
Möhtəşəm Soapbox yarışı Bakıda keçiriləcək
Şərhlər
İdman bölməsinin xəbərləri