Ərdoğanla Putin arasında telefon danışığı məhsuldar və pozitiv keçib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı başa çatıb.

APA-nın məlumatına görə, Türkiyə prezidentinə yaxın mənbələrdən bildirilib ki, 40 dəqiqə sürən telefon danışığı məhsuldar və pozitiv olub.

Telefon danışığı ilə bağlı hər iki tərəf rəsmi məlumat yayacaq.

***

Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

APA-nın RIA "Novosti"-yə istinadən verdiyi məlumata görə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında telefon danışığının başladığını və hazırda davam etdiyini bildirib.

“Milliyet” xəbər verir ki, Türkiyə vaxtı ilə saat 12.00-da (Bakı vaxtı ilə 13.00) başlayan telefon danışığı zamanı ikitərəfli münasibətlərin son vəziyyəti və gələcəyi, Atatürk Hava Limanında törədilən terror aktı barədə müzakirələrin aparılması gözlənilir.

Telefon danışığından sonra tərəflər rəsmi açıqlama verəcək.

Xatırladaq ki, ötən gün Türkiyə və Rusiya prezidentləri arasında Rusiya tərəfinin təşəbbüsü ilə bu gün telefon danışığının baş tutacağı barədə məlumat verilmişdi.
Şərhlər
Dünya bölməsinin xəbərləri