Avropa Mərkəzi Bankının prezidenti: Dünya məzənnə müharibəsi riski ilə üzləşib

Avropa Mərkəzi Bankının prezidenti: Dünya məzənnə müharibəsi riski ilə üzləşib Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxması ilə bağlı keçirilən referendumdan ("Brexit") sonra dünya məzənnə müharibəsi riski ilə üzləşib.


Live.az-ın məlumatına görə, bu barədə APA "Telegraph" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Avropa Mərkəzi Bankının prezidenti Mario Draqi (Mario Draghi) deyib.


Onun sözlərinə görə, məzənnə müharibəsi riskinin yaranmasına səbəb hər bir ölkə iqtisadiyyatının öz milli valyutasının devalvasiya etməklə iqtisadi artıma nail olmaq istəyidir. "İqtisadiyyatlar arasında məzənnə devalvasiyası rəqabətinin qarşısını almaq üçün dünya mərkəzi banklarının rəhbərlərini öz cəhdlərini birləşdirməlidir. Bu cür devalvasiyalar qlobal iqtisadiyyat üçün yalnız itkidir", - deyə M. Draqi bildirib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri