İstanbulun Atatürk aeroportunda terroru 3 canlı bomba törədib

İstanbulun Atatürk Hava limanında baş vermiş terror hadisəsinin 3 canlı bomba vasitəsilə törədildiyi ehtimal edilir.

APA-nın NTV-yə istinadən verdiyi xəbərə görə, bunu İstanbul valisi Vasip Şahin deyib.

Vali bildirib ki, bu gün Hava limanının xarici uçuşlar terminalının gəliş qatındakı sərnişin qarşılama salonunun girişində ard-arda 3 canlı bomba terror hadisəsi törədib.

Qeyd edək ki, terror nəticəsində 36 nəfər ölüb, 147 nəfər yaralanıb.
Şərhlər
Dünya bölməsinin xəbərləri