Azərbaycanın əsas ticarət tərəfdaşlarının valyutası manata qarşı bahalaşıb

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən APA-ya verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların manata qarşı məzənnəsi 0,2% artaraq 1,5363 manat təşkil edib.

Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası manata nisbətən 0,3% bahalaşaraq 1,7004 manat olub.

Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olan Rusiyanın milli valyutası rubl manata nisbətən 2,13% möhkəmlənərək 0,0240 manat olub.

Türkiyə lirəsi manata nisbətən bahalaşıb. Belə ki, qardaş ölkənin milli valyutası 1,03% möhkəmlənərək 0,5288 manata yüksəlib.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0482 manatdır. Beləliklə, funt sterlinq manata qarşı 0,48%-lik bahalaşma nümayiş etdirib.

Gürcüstan larisi də 1,5% bahalaşaraq 0,6594 manat təşkil edib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri