Putindən Türkiyəyə tərəf ilk addım

Rusiya və Türkiyə arasında münasibətlərin normallaşması üçün ilk addımlar atılır.

ANS-in məlumatına görə, Türkiyə baş nazirinin köməkçisi Numan Kurtulmuş baş nazir Binali Yıldırımın rəhbərliyi ilə keçirilən iclasdan sonra mətbuata verdiyi açıqlamada bildirib ki, Rusiyada investorların Türkiyədən olan işçiləri çalışdırmağı üçün qoyulan qadağa aradan götürülür.

“Son zamanlarda Rusiya ilə əlaqələrimizinin yaxşılaşdığı hiss edilir. Rusiya tərəfinin də əlaqələrin normallaşması üçün gərəkli addımı atdığını görürük”.

Türkiyə rəhbərliyi də Rusiya ilə münasibətlərin yaxşılaşması üçün addımlar atmağa başlayıb. Baş nazir Binali Yıldırım bu axşam təşkil edəcəyi iftara Rusiyanın Türkiyədəki səfirini də dəvət edib.
Şərhlər
Dünya bölməsinin xəbərləri