“Avro-2016”: Almaniya yığması Slovakiya millisini darmadağın

İyunun 26-da futbol üzrə Avropa çempionatının 1/8 final mərhələsinin ikinci günündə Almaniya və Slovakiya yığma komandaları qarşılaşıblar.

Trend-in məlumatına görə, oyun Almaniyanın 3:0 hesablı qələbəi ilə bitib.

Jerom Boatenq dəqiq zərbə ilə komandasını hesabda irəli çıxarıb – 1:0. Matçın 13-cü dəqiqəsində Almaniya yığması 11 metrlik cərimə zərbəsi vurmaq imkanı əldə edib. Lakin Məsud Özilin zərbəsini qapıçı dəf edə bilib. Buna baxmayaraq, almaniyalılar matçın 43-cü dəqiqəsində Mario Qomezin qolu ilə hesab arasındakı fərqi iki topaz çatdırıblar.

Oyunun 63-cü dəqiqəsində Yulian Draksler yaxın məsafədən topu qapıya göndərib – 3:0.
Şərhlər
İdman bölməsinin xəbərləri