Sağlam ayağı amputasiya olunan 87 yaşlı qadının sol ayağı da kəsilib

Səhiyyə Nazirliyinin Xüsusiləşdirilmiş Angioloji Mərkəzində həkim-cərrah Kərimov Valeh Ağalələ oğlu tərəfindən cərrahiyyə əməliyyatı olunarkən sol ayağı amputasiya edilməli olduğu halda, sağ ayağı amputasiya edilən Məmmədova Tərlan Həsən qızının sol ayağı bu gün amputasiya edilib.

Bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin Xüsusiləşdirilmiş Angioloji Mərkəzinin direktoru Azər Şəmsəddinski bildirib.

Əməliyyat bu gün A. Şəmsəddinski tərəfindən aparılıb. A. Şəmsəddinski deyib ki, hazırda xəstə reanimasiyadadır, vəziyyəti orta-ağırdır, kafi saymaq olar.

Qeyd edək ki, iyunun 24-də uzun müddət diabet xəstəliyindən əziyyət çəkən Bakı şəhər sakini, 1929-cu il təvəllüdlü Məmmədova Tərlan Həsən qızı Səhiyyə Nazirliyinin Xüsusiləşdirilmiş Angioloji Mərkəzində həkim-cərrah Kərimov Valeh Ağalələ oğlu tərəfindən cərrahiyyə əməliyyatı olunarkən sol ayağı amputasiya edilməli olduğu halda, sağ ayağı amputasiya edilib.
Şərhlər
Sosial bölməsinin xəbərləri