Polşa yığması turnirin 1/4 mərhələsinə adlayıb

Bu gün Avropa çempionatında 1/8 final mərhələsinə start verilib.


APA-nın məlumatına görə, ilk oyun günündə meydana İsveçrə və Polşa milliləri çıxıblar. Oyun 1:1 hesabı ilə başa çatdığı üçün qalib penalti seriyasında müəyyənləşib.

Avropa çempionatı
1/8 final
25 iyun

İsveçrə - Polşa - 1:1 (penaltilər: 4:5)
Qollar: Şakiri, 83 - Blaşikovski, 39

Baş hakim: Mark Klattenburq
Yan xətt hakimləri: Simon Bek, Cek Kollin
Əlavə köməkçi hakimlər: Entoni Teylor, Andre Marriner (hamısı İngiltərə)
Dördüncü hakim: Tasos Sidiropulos (Yunanıstan)
Ehtiyat yan xətt hakimi: Damianos Eftimiadis (Yunanıstan)
Hakim-inspektor: Nikolay Levnikov (Rusiya)
UEFA nümayəndəsi: Nodar Axalkatsi (Gürcüstan)
Sent-Etyenn. “Joffrua Qişar” stadionu
Şərhlər
İdman bölməsinin xəbərləri