Bu gün AVRO-2016-da 1/8 final mərhələsinin ilk üç oyunu keçiriləcək

Bu gün Avropa çempionatında 1/8 final mərhələsinə start veriləApasport.az saytının məlumatına görə, iək.

İlk oyun günündə 3 qarşılaşma baş tutacaq.

İlk olaraq meydana İsveçrə və Polşa milliləri çıxacaqlar. A və C qrupunun ikinciləri ilk 1/4 finalçı olmaq üçün mübarizə aparacaqlar. İsveçrənin heyətlə bağlı problemi olmasa da, Polşa haqqında bunu demək olmaz. Belə ki, qapıçı Voyçex Şesni və Bartoj Kapustka bu oyunda meydana çıxmayacaqlar. “Çərçivə qoruyucusu” zədə, yarımmüdafiəçi isə cəza səbəbindən matçı kənardan izləməli olacaqlar.

Günün ikinci oyunu isə Britaniya derbisi olacaq. B qrupunu lider olaraq tamamlayan Uels ən yaxşı "üçüncü"lərdən biri olan Şimali İrlandiya ilə qarşılaşacaq. Gözlənilənlərin əksinə olaraq, olduqca əla təsir bağışlayan "əjdahalar" tarixi ilkə imza ataraq, qatıldığı ilk birincilikdə qrupdan çıxmağı bacaran Şimali İrlandiyanın Fransa səyahətini sona çatdırmaq niyyətindədi.

Gecənin son oyunu isə olduqca gərgin mübarizə vəd edir. Ölüm qrupu adlandırılan D qrupundan lider kimi çıxan Xorvatiya millisi növbəti mərhələyə qələbəsiz adlayan Portuqaliya ilə oynayacaq. Ən zəif qrup hesab olunan F qrupundan 3 heç-heçə ilə ən yaxşı üçüncü kimi çıxan pireneylilər bu dəfə sevimli nəticələrinə ümid edə bilməyəcəklər. Ronaldonun yoldaşları Xorvatiya səddini aşmaq üçün daha güclü çıxış etmək məcburiyyətindədirlər.

Avropa çempionatı
1/8 final
25 iyun

17:00. İsveçrə - Polşa
Baş hakim: Mark Klattenburq
Sent-Etyenn. “Joffrua Qişar” stadionu


20:00. Uels – Şimali İrlandiya
Baş hakim: Martin Atkinson
Paris. “Stad de Frans”


23:00. Xorvatiya - Portuqaliya
Baş hakim: Karlos Velasko Karbalyo
Lans. “Bollar-Delelis” stadionu
















APA
Şərhlər
İdman bölməsinin xəbərləri