Putin: "Rusiya “Brexit” prosesinə heç vaxt qarışmayıb"

"Rusiya “Brexit” prosesinə heç vaxt qarışmayıb, fikir bildirməyib".

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.

“Nə səsverməyədək, nə də səsvermədən sonra bu məsələyə heç vaxt qarışmamışıq, bununla əlaqədar fikir bildirməmişik. Özümüzü olduqca korrekt aparmışıq, baş verənləri diqqətlə izləmişik. Lakin heç bir şəkildə bu prosesə təsir göstərməmişik və heç buna cəhd də etməmişik”.

Qeyd edək ki, dünən Böyük Britaniyanın Avropa İttifaqında qalıb-qalmamasını müəyyənləşdirən referendum keçirilib. Vətəndaşların 52 faizi Böyük Britaniyanın Aİ-dən çıxmasına səs verib.
Şərhlər
Dünya bölməsinin xəbərləri