«NETTY-2013» müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib

Bakıda internet və informasiya texnologiyaları üzrə peşəkar «NETTY-2013» müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.
 

Live.az-in məlumatına görə, mükafat 16 nominasiya üzrə təqdim olunub. Belə ki, mükafatlar «İdman», «Şəxsi sayt», «Əyləncə», «Elektron kommersiya», «Korporativ sayt», «Servis saytlar», «Mobil avadanlıqlar üçün proqram», «Cəmiyyət», «Elm və təhsil saytı», «Mədəniyyət və incəsənət», «İnformasiya və xəbərlər», «Facebook»un seçimi», «İlin İT hadisəsi», «Ən yaxşı dövlət saytı», «İnformasiya texnologiyalarının zənginləşdirilməsi» və «Azərbaycan» nominasiyaları üzrə təqdim olunub. Məsələn, «İdman» nominasiyasında Azərbaycan Güləş Federasiyası, «Şəxsi sayt» nominasiyasında Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynovun veb-saytı, «Korporativ sayt» nominasiyasında «Bank Standard» QSC, «Servis saytlar» nominasiyasında «ASAN İmza» (mobil ID), «İlin İT hadisəsi» nominasiyasında «Azerspace-1» peyki, «Ən yaxşı dövlət saytı» nominasiyasında «ASAN xidmət» qalib gəlib.
 

Qeyd edək ki, «NETTY» Azərbaycan Milli İnternet Mükafatı - Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İT-bazarın inkişafı məqsədilə yaradılmış informasiya texnologiyaları sahəsində  Azərbaycanın birinci peşəkar mükafatıdır. Azərbaycanın ən yaxşı  veb-layihələrini, informasiya texnologiyaları sahəsində mütərəqqi xadimləri üzə çıxaran və öz mükafatı ilə dəyərləndirən «NETTY» mükafatı artıq 9-cu dəfədir təşkil olunur və Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları və Mədəniyyət və Turizm nazirlikləri tərəfindən dəstəklənir.
Şərhlər
İnternet bölməsinin xəbərləri

İnstagram"dan yenilik

  • 13 фев, 09:51