Britaniya baş naziri istefa verib

Böyük Britaniya baş naziri Devid Kemeron istefa verib.

Devid Kemeron bunu canlı yayında xalqa müraciəti zamanı deyib.

O bildirib ki, Avropa İttifaqından çıxmaq prosesini yeni baş nazir idarə etməlidir.

Kemeron eyni zamanda rəhbərlik etdiyi Mühafizəkarlar Partiyasında lider dəyişikliyinin önəmini qeyd edib. İstefa qərarına rəğmən Kemeron növbəti 3 ay baş nazir vəzifəsini icra edəcək.

Qeyd edək ki, Böyük Britaniyada keçirilən referendumda əksəriyyət ölkənin Avropa İttifaqından ayrılmasına səs verib.



APA
Şərhlər
Dünya bölməsinin xəbərləri