Almaniyada kinoteatrda atəş açan şəxs zərərsizləşdirilib

Almaniya polisi Firnhaym şəhərində kinoteatrda atəş açan şəxsi zərərsizləşdirib.

APA-nın məlumatına görə, bunu Gessen regionunun daxili işlər naziri Peter Boyt yerli parlamentdə təcili toplantı zamanı deyib.

Onun sözlərinə görə, həmin şəxsin odlu silaha malik olub-olmamasını müəyyənləşdirmək mümkün olmayıb.

Hadisə şahidlərinin bildirdiyinə görə, o, 4 dəfə atəş açıb.

***

Firnhaym şəhərində kinoteatrda atəş açan şəxs saxlanılıb.

APA-nın məlumatına görə, bu barədə Almaniyanın “Bild” nəşri xəbər yayıb.

“Echo online” internet nəşri isə öz mənbələrinə istinadən iddia edib ki, silahlı şəxs bir neçə nəfəri girov götürüb.

***

Almaniyada silahlı şəxs kinoteatrda atəş açıb.

APA-nın “Röyters”ə istinadən verdiyi məlumata görə, Firnhaym şəhərində baş vermiş hadisə nəticəsində 50-dək şəxs yaralanıb.

Atəş açan şəxsin kinoteatr binasında barrikada qurub.
Şərhlər
Dünya bölməsinin xəbərləri