Qazaxda sərnişin avtobusu aşıb, xəsarət alanlar var

Bu gün səhər saatlarında Qazax rayonunda, Bakı-Qazax yolunun 477-ci km-də "Mercedes" markalı avtobus yolun kənarına aşıb.

Trend-in FHN-nin saytına istinadən verdiyi məlumata görə, nəticədə, sürücü və 2 nəfər sərnişin xəsarət alıb. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralıları deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 06:25-də xilasedicilər tərəfindən başa çatmışdır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri