Azərbaycanda əməliyyat zamanı başından güllə yarası alan polis ölüb

Ağstafada keçirilən əməliyyat zamanı xidmət yoldaşı tərəfindən ehtiyatsızlıqdan açılan atəşlə başından güllə yarası alan polis əməkdaşı dünyasını dəyişib.

APA-nın məlumatına görə, 27 yaşlı Vasif Bağırov bu gün səhər saatlarında müalicə aldığı xəstəxanada vəfat edib.

Qeyd edək ki, axtarışda olan Tahir Fərzəli oğlu Ayralovu yaxalamaq üçün Ağstafa rayon Polis Şöbəsinin əməkdaşları Ağstafa rayonunun Dağ Kəsəmən kəndində bir neçə gün əvvəl əməliyyat keçiriblər. Gecə saatlarında keçirilən əməliyyat zamanı T. Ayralov müqavimət göstərib və polis əməkdaşları silah tətbiq etməyə məcbur olublar. Polisin atdığı güllələrdən biri başqa bir polis əməkdaşı, 1989-cu il Vasif Şaiq oğlu Bağırovun başına dəyib.
Şərhlər
Hadisə bölməsinin xəbərləri