Xəzər rayonunda baş verən yol-nəqliyyat hadisələrində 2 nəfər ölüb

Bakının Xəzər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisələri qeydə alınıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, iyunun 21-də saat 16 radələrində Xəzər rayonunun Binə qəsəbəsində Bakı şəhər sakini Nicat Ələsgərov idarə etdiyi “Niva Chevrolet” markalı avtomobillə yolu keçən Tərtər rayon sakini Qabil Babayevi vurub Xəstəxanaya yerləşdirilmiş Q. Babayev orada ölüb.

İyunun 21-də saat 17 radələrində Xəzər rayonunun Binə qəsəbəsində Bakı şəhər sakini Samir Əhədov idarə etdiyi “Zil” markalı avtomobillə yolu keçən qəsəbə sakini Fərda Heydərlini vurub. O, hadisə yerində ölüb.

Hər bir faktla bağlı Xəzər RPİ tərəfindən araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri