Aygün Kazımova Nabranda konsert ilə çıxış edib [Foto]

Aygün Kazımova Nabranda konsert ilə çıxış edib [Foto] Nəhayət ki, hər kəsin səbrsizliklə gözlədiyi konsert baş tutdu. Yayın ilk konserti Nabranda “El Faro istirahət mərkəzi”ndə reallaşdı.

Konsert üçün nəzərdə tutulan biletlər artıq satılsa da, son saatlarda məkana gələnlərin sayı durmadan artırdı. Hətta əlavə yerlərin açılmasını tələb edən tamaşaçılar üçün səhnədən kənarda böyük monitorlar quraşdırıldı. İşıq effektləri, monitorları və keyfiyyəti ilə fərqlənən səhnənin quruluşu isə “Z Company” şirkətinə həvalə edilmişdi. Beləliklə, tamaşaçıları salamlamaq üçün hər kəsin "Lider" televiziyasından yaxşı tanıdığı peşəkar aparıcı Lamiyə Ələkbərova səhnəyə dəvət olundu.

Hər şeyin qüsursuz tərtib olunduğu məkana xalq artisti Aygün Kazımovanın daxil olmasını sevənləri böyük coşqu ilə qarşıladı. Kazımovanın konserti üçün xaricdən gələn qonaqların da sayı az deyildi. Xalq artisti səhnədə göstərdiyi performansla bundan əvvəlki müsahibələrində dediyi kimi, sözünə əməl edərək Nabranı yerindən oynatdı.

Peşəkar rəqqaslarla birgə möhtəşəm şou göstərən ifaçını daha sonra aparıcı İslam Mehrəliyev və Təranə Əliyeva əvəz elədi. Onların Rusiya şou-biznesinin tanınmış simaları Alla Puqaçova və Maksim Qalkinin obrazını canlandırması isə gecənin ən maraqlı və gözlənilməz məqamlarından biri idi.

Ailəvi istirahətə gələn qonaqlar üçün unudulmaz gecə yaşadan Aygün Kazımovanı səhnədə yaxın dostu Rəhim Rəhimli tək qoymadı. Rəhimin səhnədəki şousuna isə rəqqasə Rəna Ağamuradova çıxışı ilə rəng qatdı. Gənclərin nəbzini tutmağı bacaran Rəhimli mahnıları, rəqsi və enerjisi ilə özünəməxsus şou göstərdi.

Gecə ərzində xalq artisti tamaşaçıların zövqünü oxşamaq üçün müxtəlif geyimlərdə çıxış etdi. Onun görünüşü ilə isə tanınmış stilist Qusik Simon geyimləri ilə isə modelyer Gülya məşğul idi.

Kazımovanın performansını izləmək üçün tanınmış bəstəkar Gövhər Həsənzadə və aparıcı Afaq Gəncəli də gəlmişdi.

Tamaşaçılarına yayın ən unudulmaz gecəsini yaşadan Aygün Kazımovaya sürpriz də hazırlanmışdı. Belə ki, konsertin sonlarına yaxın xalq artistinin illər ərzində yaradıcılıq fəaliyyətindən bəhs edən film həm Kazımovaya həm də qonaqlara nümayiş etdirildi.

Daima səmimiliyi seçilən xalq artisti konsertin sonunda ürək sözlərini sevənləri ilə bölüşərək, bu illər ərzində onu heç vaxt tək qoymadıqları üçün hər kəsə təşəkkürünü bildirdi. Kazımova konserti adı ilə qalmaqala səbəb olan yeni mahnısı “Orasına burasına”nı ifa etməklə bitirdi.

Konsertin dizayn işlərini İbo, rejissorluğunu isə divanın dostu Anar Hüseynov edib.

Konsertdən sonra DJ Roşka səhərədək diskoteka təşkil etdi.

Beləliklə, bu konsert qonaqlar üçün əvəzolunmaz gecəyə çevrildi.

Foto: Kamran Aydınov
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri

Müğənni Elçin boşanıb

  • 22 фев, 22:53