Azərbaycan prezidenti Nardaranda olub

“Azərbaycan prezidenti İlham Əliyev bu gün Nardaranda olub”.


APA-nın məlumatına görə, bunu bu gün “Azərbaycan Respublikasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi-15: Dünən, bu gün və sabah” mövzusunda keçirilən konfransda Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.


QMİ sədri bildirib ki, dövlət başçısı Nardaran sakinləri, dindarlarla görüşüb: “Dövlət başçısı həmişə əhalinin, o cümlədən dindarların problemlərinə həssaslıqla yanaşıb. Bu səfər də bunun bir nümunəsidir. Biz də dövlət başçısı ilə birlikdə Nardaranda olduq”.
Şərhlər
Siyasət bölməsinin xəbərləri