Bakıda dəhşətli qətl, ər arvadını əlləri ilə boğaraq öldürdü

Bakıda ağır qətl hadisəsi baş verib.

Bakı şəhər Prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə iyunun 20-də axşam saat 21: 30-radələrində paytaxtın Suraxanı rayonu ərazisində baş verib.

Belə ki, rayonun Qaraçuxur qəsəbəsində yaşayan Tural Kazımov həyat yoldaşı, 1991-ci il təvəllüdlü Maya Kazımovanı yaşadığı evdə qısqanclıq zəminində əlləri ilə boğaraq öldürüb.

Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri