Sankt-Peterburqda Azərbaycan vətəndaşının ölümü ilə nəticələnən insidentlə bağlı yeni məlumatlar ortaya çıxıb

Sankt-Peterburqda meyvə-tərəvəz bazasında azərbaycanlının ölümü ilə nəticələnən davanın təfərrüatları məlum olub.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Rusiya Daxili İşlər Nazirliyinin Peterburq və Leninqrad vilayəti üzrə baş idarəsinin mətbuat xidməti hadisənin kütləvi dava olmadığını, iki nəfər arasında münaqişə üzündən baş verdiyini açıqlayıb:

“Yerli vaxtla saat 13.30 radələrində əslən azərbaycanlı iki şəxs arasında münaqişə baş verib. Onlardan biri digərinə odlu silahla atəş açıb və qaçmağa çalışıb. Digər satıcılar onun arxasınca qaçaraq tutublar. Xəsarət almış azərbaycanlı hadisə yerində ölüb. Digəri isə xəstəxanaya yerləşdirilib”.

Hadisə yerində istintaq qrupu işləyir.

***

Sankt-Peterburqda meyvə-tərəvəz bazasında kütləvi dava baş verib.

APA-nın “Fontanka” portalına istinadən verdiyi məlumata görə, davada 100-200 nəfər iştirak edib.

Dava iştirakçılarından biri odlu silahdan istifadə edib. Öldürülən şəxsin Azərbaycan vətəndaşı olduğu bildirilir. Onun borca görə qətlə yetirildiyi güman olunur.
Şərhlər
Siyasət bölməsinin xəbərləri