Bakıda evdən içərisində 10 000 dollar və 40 000 avro olan seyf oğurlanıb

Bakıda evdən içərisində 10 000 dollar və 40 000 avro olan seyf oğurlanıb Bakıda mənzildən içərisi pulla dolu seyf oğurlanıb.


Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayon sakini Mübariz Mədətova məxsus evdən içərisində 10 000 ABŞ dolları və 40 000 avro olan seyf oğurlanıb. Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ruslan Nabatov və Sabirabad rayon sakini Ramil Bağırov tutulublar.


Faktla bağlı araşdırma aparılır.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri