Aviqdor Libermanın partiyası hökumət koalisiyasına qoşulub

Aviqdor Libermanın “Bizim evimiz-İsrail” partiyası baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi hökumət koalisiyasına qoşulub.

APA-nın “Jerusalem Post” nəşrinə istinadən verdiyi məlumata görə, müvafiq saziş İsrail parlamenti binasında imzalanıb.

Bu, A. Libermanın müdafiə naziri vəzifəsinə yiyələnməsinə imkan verəcək.

Xatırladaq ki, bir müddət öncə B. Netanyahu A. Libermana müdafiə naziri postunu təklif edib. Mayın 20-də isə İsrailin müdafiə naziri Moşe Yaalon istefa ərizəsini yazıb.
Şərhlər
Dünya bölməsinin xəbərləri