Ali Məhkəmə Xədicə İsmayılovanın azadlığa buraxılması haqqında qərar qəbul edib

Ali Məhkəmədə jurnalist Xədicə İsmayılova barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.


APA-nın məlumatına görə, prosesdə Xədicə İsmayılovanın cəzasının 3 il 6 ay müddətinə şərti cəza ilə əvəz olunması barədə qərar çıxarılıb.


Ona ittiham olunduğu Cinayət Məcəlləsinin 179 və 308-ci maddələri üzrə bəraət verilib. Bundan sonra Xədicə İsmayılovanın cəzası şərti hesab olunub.


Qərarda onun iki il müddətinə dövlət və özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edildiyi qeyd olunub.


Xədicə İsmayılova prosesdə iştirak etməyib.


Xatırladaq ki, X. İsmayılova Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən 7 il 5 ay müddətində azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan X. İsmayılova apellyasiya şikayəti verib. Şikayətdə onun barəsindəki cinayət işinə xitam verilməsi və azadlığa buraxılması xahiş olunub. Lakin məhkəmə şikayəti təmin etməyib. Bundan sonra kassasiya şikayəti verilib.
Şərhlər
Hadisə bölməsinin xəbərləri