Tolik: "Sizi məhv eləyərəm"

Tolik: "Sizi məhv eləyərəm" Tanınmış prodüser Tarix Əliyev (Tolik) əsəbiləşib.


Prodüser İnstaqram səhifəsində ad çəkmədən həmkarlarının bostanına daş atıb: "Bu bədbəxt həyatda heç nəyə nail ola bilmədiyindən hər dəfə özünə təsəlli üçün müxtəlif profillərdən guya məni öz aləmində təhqir edir.


Amma mən sizi Toik olaraq məhv eləyərəm. Sizi nə getdiyim yerə gəlməyə qoyuram, nə də ad günlərinə, təqdimatlara. Deyirəm, bax bu "şıntırlar" olacaqsa, mən orada yoxam. Həmişə də məni seçirlər. Allahın bədbəxtləri, özünüzə iş tapın, başınızı qarışdırın, it dəftərində adınız da yoxdur. Gündə bir müğənni dəiyşirsiniz. Heç biriylə işiniz alınmır. Mənim vaxtım da yoxdur ki, sizin kimi Allahın bədbəxtlərinə vaxt ayırım. Həyatımdan çox razıyam. Çalışın, sizin də həyatınız maraqlı olsun, gedin yatın ki, səhər yenə tüstülü-qəlyanlı, pozğun aləminizə qayıdasınız".



live.az, publika.az
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri