“EgyptAir” təyyarəsindən kabinada hərarətin yüksəlməsi barədə məlumat ötürülüb

“EgyptAir” təyyarəsindən kabinada hərarətin yüksəlməsi barədə məlumat ötürülüb Aralıq dənizinə düşən “EgyptAir” təyyarəsinin elektron sistemindən qəzadan əvvəl uçuş zamanı 11 məlumat ötürülüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Misirin “Əl-Əhrəm” nəşri bildirir ki, ötürülən məlumatlar mühərriklərin normal çalışması barədə olub. Lakin qəzaya bir neçə dəqiqə qalmış təyyarədən “pilotların olduğu kabinanın sağ pəncərəsində hərarətin dəyişməsi barədə məlumat daxil olub”.


Məlumata görə, kabinanın sağ hissəsində yüksək hərarət barədə 12.26-da daxil olan ilk məlumat üç dəqiqə ərzində bir neçə dəfə dəfə də təkrar ötürülüb, sonra isə təyyarə ilə əlaqə tam kəsilib.


Nəşrin məlumatına görə, təyyarə Paris hava limanından havaya qalxmazdan öncə “EgyptAir” aviaşirkətinin texniki işçisi tərəfindən yoxlanılıb, onun texniki vəziyyəti ilə bağlı heç çatışmazlıq müəyyən edilməyib. Bu fakt bort jurnalında təyyarənin kapitanı tərəfindən onun şəxsi imzası ilə də təsdiqlənib.


Qeyd edək ki, “EgyptAir” aviaşirkətinin Paris-Qahirə marşrutu üzrə uçan “A320” təyyarəsi mayən 19-da radarlardan itib. Təyyarənin göyərtəsində 66 nəfər olub. Onların hamısının öldüyü ehtimal olunur. Təyyarənin qalıqları Aralıq dənizində, Yunanıstanın Karpatos adası yaxınlığında aşkarlanıb.
Şərhlər
Dünya bölməsinin xəbərləri