Zülfiyyə Xanbabayeva Faiq Ağayevlə qalmaqalını şərh edib [Video]

Zülfiyyə Xanbabayeva Faiq Ağayevlə qalmaqalını şərh edib [Video]Xalq artisti Zülfiyyə Xanbabayeva “V element” verilişinin qonağı olub.

Live.Az xəbər verir ki, hər zaman fərqli imici - saç düzümü, geyimi ilə digər həmkarlarından fərqlənən sənətçi bu dəfə də ənənəsinə sadiq qalıb.

Xalq artisti Zülfiyyə Xanbabayeva həmkarı və keçmiş dostu Aygün Kazımova ilə küsülülüyündən danışıb.

Müğənni "V element" verilişində ondan incidiyi etiraf edib:

"Aramızda soyuqluq var, gizlətmirəm. Bu bizim aramızda olan məsələdir. Bizim gözəl münasibətlərimiz olub. Məni başa düşmədi. Bir müsahibəm oldu, sona kimi dinləmədi, ya da ona başqa cür çatdırdılar. Bəzi məqamları şişirtdi, ondan çox incidim. Ona qarşı kinim yoxdur, arada inciklik yarandı. Bunun üçün telefon var. Söz demək istəyirsənsə, zəng vur, yerində həll edək.

Brilliant Dadaşova ilə o qədər küsmüşük, heç kimin xəbəri olmayıb. Bir kişi müğənni ilə 7 il küsülü olmuşam, indi barışmışıq. Heç kimə demədik".

Faiq Ağayev ilə isə küsülülüyü hal-hazırda da davam edir. Bu haqda daha ətraflı videoçarxda baxa bilərsiz.

Sənətçi həmçinin bildirib ki, estetik əməliyyatın uğursuz alınacağından qorxur: "Etiraf edim ki, bu vaxta qədər özümü gözəllər gözəli sayırdım. Plastik əməliyyat deyəndə deyirdim ki, "Siz nə danışırsınız axı?" Həmin vaxtlar fikirləşirdim ki, heç vaxt əməliyyat etdirməyəcəyəm. Amma artıq görürəm ki, yaş artdıqca buna ehtiyac yaranır. Plastik əməliyyat etdirməyi düşünürəm. Sadəcə, yenə qorxuram…".

Xalq artistinin veriliş zamanı çəkilən fotolarını oxuculara təqdim edirik:

Şərhlər
Şou-biznes bölməsinin xəbərləri

Müğənni Elçin boşanıb

  • 22 фев, 22:53