"Moody’s": "B3" reytinqinə malik bəzi Azərbaycan banklarının defolta uğraması riski çoxdur

Azərbaycanda bankların defolt reytinqi ilə bağlı konkret proqnoz vermək çətindir.

Bunu Bakıda keçirilən "Moody’s" beynəlxalq reytinq agentliyinin kredit risklərinə dair illik konfransında agentliyin maliyyə institutları qrupunun kiçik vitse-prezidenti Petr Paklin deyib.

Onun sözlərinə görə, daha yüksək reytinqə malik bankların defolt təhlükəsi ilə üzləşməsi ehtimalı aşağıdır: "Məsələn, "B1" reytinqinə malik "Kapital Bank"ın defolta uğraması ehtimalı yoxdur. Lakin, "B3" reytinqinə malik bəzi banklar var ki, onların defolt olma riski daha çoxdur. Ümumiyyətlə, bankın defoltu ilə bağlı ümumi danışmaq düzgün deyil, hər bir banka individual yanaşmaq lazımdır".



APA
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri