Bakıda ata namus üstündə qızının boğazını kəsdi

Bakıda ata namus üstündə qızının boğazını kəsdi Bakıda qızını boğazından bıçaqlayan ataya cinayət işi açılıb. Hadisə Xəzər rayonu, Binə qəsəbəsində baş verib.

ANS-in məlumatına görə, müsavat.com-xəbər verir ki, qəsəbə sakini 1968-ci il təvəllüdlü Malik Mirzəyev qızı 1992-ci il təvəllüdlü Vüsalə Fəttahovanın boğazından iki bıçaq zərbəsi vurub.

V.Fəttahova Mərdəkan qəsəbəsi 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub.

İlkin ehtimala görə, hadisə namus üstündə baş verib. Qızını bıçaqlayan ata Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.

Fevral ayının 16-da bənzər hadisə Beyləqanda da baş verib. Rayonun Yuxarı Kəbirli kəndində yaşayan Zahid Məhərrəm oğlu İsgəndərov 6 yaşlı oğlu Ümid Zahid oğlu İsgəndərovla kənddən bir az aralıda yerləşən pay torpaqlarına gedib.

Bir müddət sonra isə Z.İsgəndərov özündən yaşca kiçik qardaşına zəng vuraraq 6 yaşlı oğlunun boğazını kəsdiyini bildirib. Daha sonra isə mobil telefonunu söndürərək ərazidən qaçıb. Qətlə yetirilən uşaq kənd orta məktəbinin 1-ci sinif şagirdi olub.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 6 yaşlı övladının boğazını kəsərək onu qətlə yetirməkdə şübhəli bilinən ata yaxalanıb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri