Azərbaycanda tətbiq ediləcək icbari tibbi sığortanın bəzi fərqli cəhətləri açıqlanıb

Azərbaycanda tətbiq ediləcək icbari tibbi sığortanın bəzi fərqli cəhətləri açıqlanıb Azərbaycanda tətbiq edilməsi planlaşdırılan icbari tibbi sığortanın bəzi fərqli cəhətləri açıqlanıb.

APA-nın xəbərinə görə, Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İcbari tibbi sığorta şöbəsinin müdiri Vüqar Qurbanov deyib ki, icbari tibbi sığorta haqları Azərbaycan Respublikasının sosial yönümlü layihələrinin büdcəsi hesabına formalaşdırılacaq. O qeyd edib ki, icbari tibbi sığorta Azərbaycan vətəndaşları və Azərbaycanda müvəqqəti qeydiyyatda olan əcnəbiləri əhatə edəcək. Xidmət paketinin müddəti hər il yenilənmək şərtilə 1 il müəyyən olunub. Keyfiyyətə nəzarət isə Səhiyyə Nazirliyi və Dövlət Agentliyi tərəfindən həyata keçiriləcək.

V. Qurbanov bildirib ki, risk qrupuna daxil olan xəstəliklər - ürək-damar xəstəlikləri, habelə stasionar müalicə üçün dərmanların xidmət paketinə daxil edilməsi haqda rəy formalaşıb: “Ambulator müalicənin dərman təminatının xidmət paketinə daxil edilməsi haqda müzakirə aparılır”.

Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Monitorinq, təhlil və informasiya texnologiyaları şöbəsinin müdiri İsa Əliyevin sözlərinə görə, icbari tibbi sığorta ilə bağlı tibb müəssisələrinin akkreditasiya prosesinə nəzarət hələlik heç bir quruma həvalə olunmayıb.
Şərhlər
Sosial bölməsinin xəbərləri