"Forbes"in dünya zənginləri arasında 3 azərbaycanlı

"Forbes" jurnalı dünyanın ən zəngin şəxslərinin yeni siyahısını hazırlayıb. "Forbes" jurnalının 2013-cü il milyarderləri siyahısında 1426 adamın adı var. Liderliyi yenə də meksikalı Karlos Slim əldə edib. 73 yaşlı Karlos Slimin 73 milyard dollarlıq sərvəti var.

İkinci yerdə "Microsoft" şirkətinin 57 yaşlı rəhbəri Bill Qeytsdir. "Forbes" onun sərvətinin 67 milyard dollar olduğunu hesablayıb. Siyahının üçüncüsü Amansio Orteqadır. Onun sərvəti 57 milyard dollardır. Dünyada məşhur olan "Zara" paltar satış şəbəkəsinin sahibi A.Ortega bir ildə 19,5 milyard dollar qazanıb.

"Forbes"in zənginləri siyahısına azərbaycanlılar da düşüb. Rusiyada yaşayan azərbaycanlı iş adamı "Lukoil" neft şirkətinin prezidenti Vahid Ələkbərov dünya zənginləri arasında 55-ci yerdə qərarlaşıb. Digər iş adamı “Krokus” Şirkətlər Qrupunun sahibi Araz Ağalarov 1,8 milyardla 831-ci yerdədir.

Türkiyədə gəmiçilik sahəsində liderlərdən olan "Palmali" şirkətlər qrupunun yaradıcısı və sahibi, azərbaycanlı iş adamı Mübariz Mənsimov 1,2 milyard dollarla 1175-ci sırada yerləşib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri