DİN Zaqatalada xüsusi əməliyyat keçirir, saxlanılanlar var - SİYAHI

Daxili İşlər Nazirliyinin keçirdiyi əməliyyat zamanı Zaqatalada tutulan şəxslərin adları məlum olub.

APA-nın əldə etdiyi məlumata görə, saxlanılan şəxslər rayon sakinləri - Vaqif Padarov, İslam Ağalarov, Vüqar və Əbdürrəhman adlı şəxslərdir.

Polis onların yaşadıqları evdə axtarış aparıb, bir neçəsinin evindən silah-sursat götürülüb.

Saxlanılan şəxslərin vəhhabi təriqətinin üzvü olduğu ehtimal olunur.


***

Daxili İşlər Nazirliyi Zaqatalada xüsusi əməliyyat keçirir.

APA-nın məlumatına görə, keçirilən əməliyyat bir neçə gün əvvəl sahə müvəkkili, 1971-ci il təvəllüdlü Rövşən Sadəddin oğlu Baliyevin iş otağında baş verən partlayışla bağlıdır.

APA-nın əldə etdiyi məlumata görə, artıq bir neçə nəfər saxlanılıb.

Saxlanılanlar arasında vəhhabi təriqətinin üzvü olduğu ehtimal edilən şəxslər də var.
Şərhlər
Hadisə bölməsinin xəbərləri