Bakıda avtomobil piyadanı vuraraq öldürüb

Bakının Sabunçu rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə Şəhər şosesində qeydə alınıb. İsa Hümbətov idarə etdiyi VAZ-2107 markalı avtomobillə Zabrat qəsəbəsi istiqamətində hərəkətdə olarkən qəfildən yola piyada çıxıb. Yolun qaranlıq, havanın isə yağışlı olması səbəbindən piyadanı gec görən sürücü maşınla onu vurub.

İsa Hümbətov daha sonra yaralı piyadanı avtomobilinə qoyaraq xəstəxanaya gətirib. Müayinə zamanı həkimlər şəxsiyyəti məlum olmayan orta yaşlı kişi piyadanın öldüyünü müəyyən ediblər.

Əraziyə polis əməkdaşları gəlib. Müayinələr aparılıb, ölçülər götürülüb. Xəstəxananın həyətində olan avtomobilə də baxış keçirilib. Daha sonra avtomobil cərimə meydançasına aparılıb. Sürücü İsa Hümbətov polis tərəfindən saxlanılıb, onun ifadəsi alınıb.

Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırmalar davam edir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri